Aİ rəsmisi: “Dəmir yolu sahəsindəki layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir”

“Nəqliyyat məsələləri ilə bağlı Azərbaycanda danışıqlar apardıq”.

 

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib.

 

Sonuncu dəfə Bakıda 2011-ci ilin noyabrında olduğunu deyən H. Hololey bildirib ki, o zaman Azərbaycanın bir sıra layihələrin gündəmdə olduğunu açıqlayıb. “Artıq o layihələrin bəziləri icra edilib. Bəziləri isə hazırlıq mərhələsindədir. Dəmir yolu sahəsində mühüm layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir və bu bizim diqqətimizdədir. Mən Ələt limanının inşası və dəniz gəmiçiliyi ilə tanış oldum. Azərbaycan prezidenti, xarici işlər, iqtisadiyyat, rabitə, yüksək texnologiyalar və nəqliyyat nazirliklərinin rəhbərləri ilə mühüm görüşlər keçirdim. Aİ və Azərbaycan nəqliyyat sahəsində əlaqələri dərinləşdirə və genişləndirə bilər”, - deyə o vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri