Azərbaycanlı biznesmenlər də Vaşinqtonun "qara siyahı"sına düşdü



Azərbaycan əsilli oliqarxların adları ABŞ-ın sanksiyalar siyahısında yer alıb



 Xəbər verdiyimiz kimi, yanvarın 29-da ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Sputnik xəbər verir ki, paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub.



LİVE.az məlumatına görə, Sputnik Azərbaycan "Kreml hesabatı" adlanan sənəddə yer alan "Putin siyahısı"nı araşdırıb. Orada Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Moskva meri Sergey Sobyanin və digər şəxslərin adları var.


Bu siyahıda Roman Abramoviç, Yelena Baturina (sabiq Moskva meri Yuri Lujkovun həyat yoldaşı), Süleyman Kərimov kimi məşhur oliqarxlarla yanaşı, azərbaycanlı oliqarxların da adları yer alıb.


Azərbaycan əsilli oliqarxlar Araz Ağalarov ("Crocus Group" şirkətinin sahibi və prezidenti), Fərhad Əhmədov ("Aznar" şirkətinin Direktorlar Şurasının sədri), Vahid Ələkbərov ("Lukoil" şirkətinin prezidenti) və Qod Nisanov ("Kiyevskaya Ploşad" holdinqin İdarə Heyətinin sədri) ABŞ-ın sanksiyalar siyahısında yer alıb.


Daha əvvəl ABŞ prezidenti Donald Trampla yaxın dostluq münasibətləri olan Araz Ağalarov və Fərhad Əhmədovun adlarının bu siyahıda yer alması xüsusi maraq doğurub. Araz Ağalarovun oğlu, azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovun bir klipində hətta Donald Tramp rol alıb. E.Ağalarov öz müsahibələrində Trampın özü və övladları ilə dost olduğunu, onların evinə qonaq getdiyini bildirib.




шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri