Tbilisi metrosunda tavan çöküb, xəsarət alanların sayı 11-ə çatıb

Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın bir hissəsinin uçması nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.
 

Vəziyyəti ağır olan iki nəfər əməliyyat olunacaq.

 

Digərlərinin isə xəsarətləri yüngül kimi qiymətləndirilir. Pasientlərin 25-46 yaş arasında olduğu bildirilir.

////

13:05


Tbilisi metrosunda tavanın çökməsi nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

 

///
 

Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsinin çökməsi nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

 

Stansiya bağlanıb.

 

Xəsarət alanlar xəstəxanalara yerləşdirilir.

 

Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə yollanıb.

 

///
 

Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsi çöküb.

 

Nəticədə 3 sərnişin xəsarət alıb.

 

Qəza səbəbindən sərnişinlər stansiyanı tərk edə bilmir.

 

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.

 

Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.шаблоны для dle 11.2
Şərhlər
Dünya bölməsinin xəbərləri

Ərdoğan Vatikana gəlib

  • 05 фев, 13:39