Dövlət başçısı: “Son 14 ildə əhalimizin sayı 1,5 milyon nəfər artıb”

“Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir”.

 

LİVE.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

 

Dövlət başçısı bildirib ki, son 14 ildə  ölkəmizdə demoqrafik proseslər sürətlə gedib: “Ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb. Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. “ASAN Xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sırasında bir inqilaba çevrilib”.

 

Prezident İlham Əliyev bildirib ki, kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir: “Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb”.шаблоны для dle 11.2
Şərhlər
Siyasət bölməsinin xəbərləri