“S&P”: 2021-ci ilədək ARDNF-nin xalis aktivləri ÜDM-in 32%-nə bərabər olacaq

“2018-ci ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ÜMD-in təxminən 60%-nə bərabər olacağı proqnozlaşdırılır”.  

 

LİVE.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

 

Məlumatda qeyd olunub ki, növbəti dörd il ərzində suverenin xalis aktivlərinin ÜDM-in 32%-ni təşkil edəcəyi gözlənilir. “Ötən il büdcə defisiti ÜDM-in 1,5%-ni təşkil edib. Bu nəticəyə, həmçinin Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına xarici valyuta ehtiyatlarının artırılması üçün edilən birdəfəlik transfertlər də daxildir. Transfertləri saymasaq. Büdcə profisitlə icra olunub. 2021-ci ilə qədər dövlət büdcəsi profisitinin ÜDM-in 1%-nə bərabər olacağını proqnozlaşdırırıq. Azərbaycan, həmçinin Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi üzrə illik ödənişlərdən də gəlir əldə edəcək.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri