Amsterdamdakı atışmanın ilkin səbəbi açıqlanıb

Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.

 

APA-nın xəbərinə görə, bu barədə yerli “AT5” telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.

 

Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.

 

Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

 

RTL telekompaniyasının məlumatına görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur.

 

///

 

Amsterdamda silahlı insident qeydə alınıb.

 

APA-nın xəbərinə görə, bu barədə Niderland polisinin “Twitter” səhifəsində bildirilir.

 

İlkin məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri