Lalə yalan danışan Aygünə iradını bildirdi: “Camaatı aldatmaq olmaz” - VİDEO




Əməkdar artist Lalə Məmmədova həmkarı Aygün Bəylərin söylədiyi “Ailə qurmağa hazırlaşmaq xəbərimi yalandan özüm mətbuata yaydım” sözlərinə iradını bildirib.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə açıqlama verən müğənni bildirib ki, həmkarı insanları aldatmaqla onların etiubarını itirib:


“Məni təqdim edəndə dedim ki, bu təqdimat mənə məsuliyyət verir. Özü haqqında yalan məlumatlar yayanlar yəqin bu məsuliyyəti özlərində dərk etmirlər. Hiss etmirlər ki, xalqın onlara nə qədər etibarı, inamı var. Yəni bu inamı itirmək olmaz. Aygünün axı bu reklama ehtiyacı yox idi. Düzdü bu maraqlı oldu, istəyərdim ki, ailə qursun. Niyə də yox? Hər bir qadın xoşbəxt olmağa layiqdir. Mənə elə gəlir ki, bu reklamı sona qədər davam etdirmək və sonunu yaxşı tamamlamaq lazım idi. Amma insanları aldatmaq olmaz. Dünya ulduzları arasında da belə bir “piyar” var. Onun bu addımını dəstəkləmirəm”.


L.Məmmədova müğənni Mirkamil Kamilovun da reklam üçün yalandan “Ailə qurmuşma” deməsinə münasibət bildirib: “Mirkamili haradasa anlayıram ki, gəncdir. Bilmir nəcürsə reklam olunsun. Amma ona da haqq qazandırmıram. Deyir ki, bu xəbərdən valideynləri də narahat olub. Valideyn də səni böyüdüb, başa çatdırıb. İstəyir ki, sənin toyunu görsün. Olmaz hislərlə oynamaq.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53