Tramp Fələstinə yardımın dayandırılmasının səbəbini açıqlayıb


Fələstin ABŞ-a hörmətsizlik edib, Fələstin İsraillə danışıqlara başlamayanadək onlara yardım verilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.    

 

Tramp Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina etməsini hörmətsizlik adlandırıb.  

 

“Fələstinlilər ABŞ-dan yüz milyonlarla dollar yardım alır. Masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək onlara pul verilməyəcək”, - deyə Tramp qeyd edib.  

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.шаблоны для dle 11.2
Şərhlər
Dünya bölməsinin xəbərləri

Ərdoğan Vatikana gəlib

  • 05 фев, 13:39