Rəşad xanımından və uşaqlarından danışdı


Müğənni Rəşad İlyasov şəxsi həyatından danışıb.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, bəzi məşhurlardan fərqli olaraq  ailəsini mediadan gizlətmir:

İnsanın həyatında ailənin öz yeri, işin də öz yeri var. Bu yaxınlarda maqazin proqramlarının biri evimizdə çəkiliş etdi. Evdə çəkiliş edirlərsə necə deyə bilərəm ki, gizlənin, sizi çəkməsinlər. Uşaqlarımın fikrin öyrəndim, dedilər ki, biz salamlaşaq, daha sonra dərslərimizlə məşğul olaq. Doğrudan da elə bir mərhələdədirlər ki, dərsləri çoxdur. Yoldaşım da salamlaşdı, sonra kadr arxasına çəkildi. Mən bu yaxınlarda eşitdim ki, hansısa sənətçinin evinə çəkiliş gəlib, xanımını gizlədib, dostları ilə söhbətləşib. Amma mən hesab edirəm ki, insanın ən böyük dostu onun ailəsidir. Yəni necə xanımına demək olar ki, sən otur ayrı, biz də ayrı. Mənim ailəmdə belə şey ola bilməz. Bizdə hər şey normal, sivildir. Yəni Azərbaycan adət-ənənələrinə uyğun”.


Qeyd edək ki, Gülnarə İlyasova adlı xanımla evli olan R.İlyasovun bir qızı və bir oğlu var.




 шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Damlaya ağır itki

  • 12 фев, 12:10