Lalə Röya İradə qalmaqalı barədə: “Şöhrətdən başı gicəllənir” - VİDEO


Əməkdar artist Lalə Məmmədova həmkarları Röya Ayxanla İradə İbrahimova arasında olan qalmaqala münasibət bildirib.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni İ. İbrahimovanı müdafiə edib:


“Mənim üçün nə İradə, nə də Röya... Mənim üçün əsas olan haqdır. Haqq varsa, mən haqqın yanında olacam. Mən nəyin əleyhinə idim? Röya ilə İradə arasında olan anlaşılmazlığı öz aralarında araşdırmalı idilər. Bu işə prodüser, vizajist, saç ustası münasibət bildirdi. Hərəsi bir status yazmışdı. Biri Röyaya xoş gəlmək üçün onu müdafiə edirdi, digəri İradəni. Amma elə deyil. Siz bu insanların arasında olmamısınız. Sadəcə mənə bu barədə sual verildi deyə münasibət bildirdim. Əlbəttə sənət adamı olaraq bütün bunlar mənə xoş deyildi. Birinci sözünü İradə deyib, mən də İradənin sözlərinə qoşuldum. Dedim ki, düz deyir də... Nə qədər sənət adamlarımız Türkiyədə tanınmaq üçün ətək-ətək pul tökdülər. Zeynəb Xanlarovadan başqa hansı müğənnimiz Türkiyədə konsert verib, pul qazanıb? Heç biri. İradənin Röyaya iradı pis mənada deyilməmişdi. Sadəcə o dedi ki, içi özü qarışıq Türkiyədə Azərbaycan müğənnilərini qəbul eləmirlər. Hətta dedi ki, Röya çox zəhmətkeş qızdı, amma orada ulduz ola bilməyəcək. Sənət adamlarımız ucaldıqca, bir az şöhrətə çatdıqca onların ünvanına deyilən söz qəlblərinə tez toxunur. Başa düşürəm, zəhmət çəkirlər. Bir də İradə Röya qalmaqalında təhqir yox idi. Bir də nə qədər şöhrətli, 1 nömrəli müğənni olsanız belə bizim üçün Röya da İradə də eynidir, sənət yoldaşıdır. Mən kənardan baxıram, görürəm ki, kiminsə şöhrətdən artıq başı gicəllənir. Onların ətrafında elə bir insan da yoxdu ki, onları ayıltsın. Niyə? Çünki şöhrət bu gün var, sabah azala bilər. Bir də yanlarında olan insanları qınayıram, qızışdırırlar. Doğrudan da səndən yoxdur, sən ulduzsan bu kimi sözlərlə onları inandırırlar. Bir az aşağı düşmək lazımdır, ayağın yerə dəysin. Göydə uçursan, amma sən bu torpaqdan çıxmısan.



шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Damlaya ağır itki

  • 12 фев, 12:10