Ekspedisiya rəisi: "Teleqüllənin uçması gözlənilmir"

"Teleqüllənin uçması qətiyyən gözlənilmir".

 
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.
 
Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri