Nazir yol polislərini etik davranış qaydalarına ciddi riayət etməyə çağırıb



Daxil işlər naziri Ramil Usubov yol polislərini etik davranış qaydalarına ciddi riayət etməyə çağırıb.

 

Live.az-ın APA-ya istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, yol polisi əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.

 

Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib. Nazir yol hərəkətinin bütün iştirakçılarına müraciət edərək onları qaydalara ciddi riayət etməyə, bununla da həyat və sağlamlıqlarını qorumağa çağırıb.



///




///


Bakıda saxlanılan avtoxuliqanın tutulma anının görüntüləri yayılıb.


Live.az 1news-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görünür ki, avtoxuliqan maşından düşərək qaçmağa başlasa da az sonra onu təqib edən polis əməkdaşları tərəfindən tutulur.

Polislər əsəblərini onları bərk yoran sürücünü yumruqlamaqla sakitləşdiriblər.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən “NAZ Lifan” markalı “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib:

“Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib. Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.



///

Bakıda avtoşluq edən “Naz Lifan”ın sürücüsü belə tutuldu

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün Bakıda tutulan avtoxuliqanla bağlı məsələyə aydınlıq gətirib.

Live.az 1news-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən “NAZ Lifan” markalı “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib:

“Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib.
Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb.

Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.


Şərhlər
Hadisə bölməsinin xəbərləri