Azərbaycanlılar “O səs Türkiyə”nin duellərində yarımfinala adlayıblar



Həftəsonu “O səs Türkiyə” yarışmasının “Duel” turları keçirilib.


Yarışmada iştirak edən azərbaycanlılar Ayla Ray və Pərvin Səfərov da duellərdə iştirak edib.  


Səfərov səhnədə “Yorğun illərim” adlı mahnı ilə çıxış edib. Murad Bozun komandasında olan iştirakçımız üç nəfər arasından növbəti tura keçə bilməyib.


Ayla Ray isə “Black Velvet” mahnısını ifa edib. Duelin sonunda Yıldız Tilbe komandasında yarışan Aylanı dueldən qalib çıxarıb.


Qeyd edək ki, hər iki həmyerlimiz “O səs Türkiyə”nin yarımfinallarında çıxış edəcək.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri