Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü - 10 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta ötən günlər dəyəri 10 min dollardan aşağı düşdükdən sonra bu gün yenidən yüksəlməyə başlayıb.

LİVE.az-ın məlumatına görə, bitkoinin qiyməti 2017-ci ilin noyabrından ilk dəfə bu dərəcədə aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,37 faiz və ya 11,38 min dollaradək bahalaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 1,33 faiz (11,16 min dollaradək), GDAX-da isə 1,72 faiz (11,21 min dollaradək) bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 3,65 faiz və ya 1,0 min dollaradək, "Ripple" - 26,25 faiz (1,4 dollara qədər), "Bitcoin Cash" isə 6,17 faiz (1,79 min dollaradək) bahalaşıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri