Dino Ndlovu “Qarabağ”dan ayrılmasının əsl səbəbini açıqladı

“Qarabağ”dan ayrılaraq Çinin I dəstə klubu “Hançjou Qrintaun”a keçən CAR millisinin hücumçusu Dino Ndlovu bəzi məsələlərə aydınlıq gətirib.

O, hələ də Çin klubuna keçidinin rəsmiləşməməsinin səbəbini açıqlayıb:

“Transferim ötən cümə rəsmiləşə bilərdi. Lakin Çində bayram olduğundan iki klub sənədləşmə işlərini tamamlaya bilmədilər. İndi hər şey Çindən asılıdır. Mən viza və səfər üçün lazımi sənədləri hazırlamışam”.

Daha sonra futbolçu xoşbəxt olduğunu və karyerasını orada bitirmək istədiyini bildirdiyi “Qarabağ”dan ayrılmasının əsl səbəbini açıqlayıb. O qeyd edib ki, Ağdam klubundan daha yüksək maaşlı müqavilə gözləyirmiş:

“Mən onlara dedim ki, burada xoşbəxtəm, ancaq əvvəlki kimi gənc də deyiləm. Onlar mənə yeni müqavilə təklif etməsəydilər, orada qala bilməzdim. Mənim yeni, daha yaxşı müqaviləyə ehtiyacım vardı. Ancaq onlar masanın üzərinə yeni müqavilə qoymadılar. Mən isə ləngiyə və yeni açılmış fürsətin azalmasına imkan verə bilməzdim. İlk növbədə ailəmi və karyeramı fikirləşməli idim”.



oxu.az
Şərhlər
İdman bölməsinin xəbərləri