Pərvin Abıyeva: Bir günlük kişi olsam, günümü gözəl bir xanımla keçirərdim


Aktrisa Pərvin Abıyeva ARB-nin efirində “Kimi tapdın sən?” verilişinin qonağı olub.

LIVE.Az xəbər verir ki, sənətçi “Bir günlük kişi olsanız, nə edərdiniz?” sualına cavab verib.


O, belə olan halda bütün gününü gözəl qızlarla keçirmək istədiyini deyib:

“Kişi prizması ilə yanaşıram. Bilmirəm ki, insanlar məni nə dərəcədə düzgün başa düşəcək.  Əslində, kişilərin gözəl qızlara baxmağını pis bir şey hesab etmirəm. Özüm də gözəllik vurğunuyam. Qəşəng qız görəndə onlara baxıram, fikrimi də deyirəm. Gözəl qıza baxan kişini də qınamıram. Bəzən olur ki, qadın ərini öldürür ki, qıza niyə baxmısan? Axı mən də qadınlığımla baxıram, kişi necə baxmasın? Bir günlük kişi olsam, günümü gözəl bir xanımla keçirərdim. Bu proses mənə maraqlıdır”.

Aparıcının “Yəni, demək istədiniz ki, kişi olsaydınız, bir gününüzü özünüzlə keçirərdiniz” sualına isə “Yox, məndən də gözəl qızlar var” cavabını verib.

 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53