Ajda Pekkan Bakı konserti




Türkiyənin super starı Ajda Pekkan "Nargis" jurnalının beş yaşı münasibətilə Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.


Live.az xəbər verir ki, 11 nəfər musiqiçi və səkkiz rəqqasla səhnəyə çıxan ifaçı konsertdə hit mahnılarını səsləndirib.

Mahnının sözlərini unutmamaq üçün əvvəlcədən tədbir görən sənətçinin qarşısında sözlərin yazıldığı monitorlar olub.

Səhnədə xalq artisti Aygün Kazımovanın "Yenə tək" mahnısını ifa edən Ajda Pekkan alqışlara qərq olub.

Xüsusi səhnə dekorasiyası və işıq effektləri gecənin daha rəngli keçməsinə şərait yaradıb.

Ajda Pekkan isə konsert zamanı qonaqları salamlayıb və Bakını doyunca gəzdiyini deyib.

Konsertə bir çox tanınmış simalar qatılıb, o cümlədən Xalq artistləri Fəxrəddin Manafov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artistlər Nərgiz Cəlilova və başqaları.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53