“Azərkosmos”: Kəlbəcər və Zəngilanda filiz yataqlarının hasilat sahələrində genişlənmələr aşkar edilib




“2009-cu ildə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib”.

 

Bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  “Azərkosmos” ASC-nin Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.

 

““Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, -deyə R.Nəbiyev vurğulayıb.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri