Dünya Bankı: 2020-ci ilədək Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək

“2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək”.

 

Bu barədə APA-ya Dünya Bankının (DB) yaydığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatına istinadən xəbər verir.

 

Hesabatda qeyd olunub ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkədə zəif templə də olsa iqtisadi geriləmə qeydə alınıb. Dünya bazarında 2014-2016-cı illərdə neft qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür”, - deyə hesabatda qeyd olunub.

 

Qeyd edək ki, hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ÜDM-in 0,9% proqnozlaşdırır. DB daha öncəki hesabatında buna əsas səbəb kimi "Şahdəniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5% artacağı bildirilir.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri