Səhər yolda hərəkəti iflic edən tikinti işləri nə vaxt bitəcək? [Rəsmi]


Bakı Olimpiya Stadionunun qarşısında, Heydər Əliyev prospektində yeni avtomobil tunelinin tikintisi bu il ərzində başa çatacaq.

Live.az-ın xəbərinə görə, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tunelin inşasında məqsəd günün pik saatlarında metronun "Koroğlu" stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri Böyükşor yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” ostansiyasının qarşısından keçib düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Atletlər kəndi istiqamətinə, oradan da Bakı Olimpiya Stadionunun arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.



Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edəcək. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.

Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, artıq bu gündən Böyükşor şosesi, Olimpiya Stadionunun qarşısı (metronun "Koroğlu" stansiyasına çatmamış), şəhər istiqamətində təmir-tikinti işləri ilə əlaqədar yolun 3 zolağı bağlanıb və nəticədə həmin istiqamətdə sıxlıq yaranıb.







шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri