Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşılıqlı iddiaları təmin olunmayıb

Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qar qarşı iddiası üzrə məhkəmə iclası davam edib.

 

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, hər iki tərəfin iddiası məhkəmə tərəfindən təmin edilməyib.

 

Ramiz Məlik APA-ya bildirib ki, qərardan razı qalıb: “Hakim Natəvan Tağıyeva ədalətli qərar çıxardı. Məleykə Əsədova mənə qarşı 200 min manatlıq iddia qaldırmışdı. Mən də ona qarşı 300 min manatlıq iddia qaldırdım. Məhkəmə hər iki iddianı qəbul etmədi. Məleykə Əsədovadan üzr istəmişəm. Bununla söhbət bitməli idi. Qarşı tərəfin qərardan razılaşmayıb Apelyasiya Məhkəməsinə müraciət etmək hüququ var. Müraciət etmək onların işidir, bu haqda heç nə deyə bilmərəm”.

 

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

 

Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

 

R. Məlik də ona qarşı iddia ərizəsi verərək 300 min manat təzminat tələb edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53