AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

 

Eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

 

Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

 

Qeyd edək ki, hazırda AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanır. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanır. Bu qayda “Buta Airways” uçuşlarına da şamil ediləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri