Hadisə klipinə “erotik” adı verilməsinə etiraz: “Əxlaqsızlıq sizin beyninizdədir”



Məşhur pop ulduz Hadisə bir müddət bundan əvvəl Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən klipinə “erotik” adı verilməsinə etiraz edib.


Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Şuranın qadağı ilə razılaşmadığını bildirib və instaqramda sərt bir açıqlama yayıb:


“Mən klipimə vurulan “erotik” damğası ilə razılaşmıram və buna icazə vermərəm. Bir qadın sevgidən bəhs edən və həmin eşqi yansıdan səhnələr çəkəndə “erotik” olur. Amma kişi sənətçilərimiz istədikləri xanım model və aktrisaları çəkəndə heç “erotik” kateqoriyasına daxil edilmir. Bir qadın olaraq buna boyun əyməyə məcburam? Xeyr! “Kişidir edər, qadındır susar” fikirlərinə qarşıyam. Təəssüf ki, ölkəmizdə qadın və kişi ayrıseçkiliyi 2018-ci ildə  belə davam edir. Bir xanım kimi bunun üçün savaşmağa və azadlıq çərçivəsində sənətimi davam etməyə və yaşamağa çalışacam. Əxlaqsızlıq sizin beyninizdədir".


Qeyd edək ki, RTÜK TV 8 kanalını Hadisənin “Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53