Vüsalədən Əlizadə: "Sevgisiz həyatım maraqsız olar"

"Kişilər centlimenlik, səliqə olmalıdır. İlk baxışda təmizliyə üstünlük verirəm. Saç düzümü, dırnağı, üzü önəmlidir. Elələri var yanından keçmək olmur. Hətta şou-biznesdə eləsi də var. Verilişə çağırırsan, iydən nəfəs ala bilmirsən".

Bu sözləri aparıcı Vüsalə Əlziadə "ATV kulis" verilişində deyib. Aparıcı kişilərdə bəyəndiyi xüsusiyyətlərdən danışıb.

Vüsalə "Maşın" şoudakı iştirakından söz açıb. O bildirib ki, avtomobili qazanmamasına peşman deyil:

"Hər səhər o arzu ilə oyanırdım ki, bu gün şoudan gedəcəm. Onsuz da hazırlaşırdım özümə maşın alım. İki günlük paltar aparmışdım. Amma mənə dəymədilər. Oğlanlar deyirdi ki, qalmısan da, yaxşı enerji verirsən. Dilsiz insanı belə həmin ab-hava dilə gətirir. Peşman deyiləm maşını qazanmamağıma. Sağlamlığımı təhlükəyə atmağa dəyməzdi".

"Həyatında sevgi varmı? Anaya, övladı olan sevgidən başqa... Yaxınlarda qığılcım ola bilərmi" sualına Əlizadə belə cavab verib:

"İradəli qadınam, ehtiyac içində qıvrılmıram. Zərif görünürəm, amma zəif deyiləm, illər bunu göstərib. Sevgisiz həyat mümkün deyil. Niyə də sevgi olmasın? Sevgisiz həyat maraqsız olar".



AxşamAzшаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri