İranda etiraz aksiyaları: Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub


İran Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub


İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub.
 
APA-nın məlumatına görə, bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.
 
Məlumata əsasən,  yanvarın 3-də Piranşəhr sərhəd bölgəsində İran təhlükəsizlik qüvvələri ilə  bir qrup silahlı arasında atışma baş verib.
 
Atışma nəticəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həyatını itirib.
 
///


İranda baş verən iğtişaşlar zamanı İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) üç üzvü həlak olub.
 
Bu barədə “Al Jazeera” telekanalı SEPAH-a istinadən xəbər verib.
 
İnsidentin ölkənin şimal-qərb bölgəsində silahlı şəxslərlə atışma nəticəsində baş verdiyi bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.


///

21:23 01/01/18


İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb


İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.
 
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
 
Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.
 
///
 
İranda keçirilən etiraz aksiyalarında daha iki nəfər həyatını itirib.
 
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü Xuzistan əyalətinin İze şəhərində aksiyaçılara atəş açılıb.
 
Nəticədə 2 aksiyaçı ölüb, bir neçə nəfər yaralanıb. Yerli administrasiyadan "France-Presse" agentliyinə bildirilib ki, aksiyaçılara  hüquq-mühafizə orqanlarının, yaxud digər aksiya iştirakçılarının atəş açdığı məlum deyil.
 
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Şənbə günü Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfər ölüb.шаблоны для dle 11.2
Şərhlər
Dünya bölməsinin xəbərləri