Bakıda bank işçisi əmanətçinin 425 min dollarını oğurlayıb

Bakıda bankdan əmanətçinin külli miqdarda pulu oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb oğurlayan bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub.

 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri