Araz Ağalarov "xaç atası" rolunda


Ifaçı Emin Ağalarov atası azərbaycanlı milyarder Araz Ağalarovun ad günü münasibəti ilə 22 dəqiqəlik videoçarx çəkib.


LİVE.az lifenews-a xəbər verir ki, videorolik Frensis Ford Koppolanın "Xaç atası" filminə parodiya kimi çəkilib.


Klipin rejissoru Timur Cəfərovdur.





Xaç atası rolunda - Eminin atası Araz Ağalarov çıxış edir.


Rolikdə həmçinin milyarderin nəvələri - Əli və Mikayıl da yer alıb.


Minifilmdə Rusiyanın populyar simalarıda yer alıb: Lev Leşenko, Vladimr Vinokur və başqaları.

 




Film əsas insani dəyərləri əks etdirir: ailə, sevgi və dostluq.


Kadr arxasında məşhur filmin musiqisi səslənir, yumor və ironiya var.


Araz Ağalarov - Rusiya və Azərbaycanda iş adamı, Crocus Group kompaniyasının prezidenti və sahibidir. 2017-ci ildə Forbes-in açıqladığı "Rusiyanın 200 varlı biznesmeni" siyahısında 51-ci yerdə qərarlaşıb. Araz Ağalarov 1955-ci ildə noyabrın 8-də Bakıda doğulub.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri