"Dəmirbank"ın 66 mindən çox əmanətçisinə 81,5 mln. manat kompensasiya veriləcək


30.09.2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabata görə,  "Dəmirbank" ASC-də 66 286 nəfər əmanətçinin 81,5 mln manat Fond tərəfindən kompensasiya olunan əmanəti olub.

 

Maliyyə Bazalarına Nəzarət Palatasından APA-ya verilən məlumata görə, 22.12.2017-ci il tarixində bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı bankda ilkin qiymətləndirmə aparılıb. Palatadan bildirilib ki,  aparılan ilkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln manat təşkil edir. Qeyd edək ki, əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır.

 

"İlkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manat təşkil edir. “DəmirBank”ın kredit ödəyiciləri ödənişlərini bankın istənilən filialında, rəsmi internet səhifəsi üzərindən (www.demirbank.az), həmçinin «MilliÖN» ödəniş sistemi vasitəsi ilə həyata keçirə bilərlər.Bankda aparılan işlər, həmçinin ƏSF tərəfindən ödəniləcək kompensasiyalarla bağlı daha ətraflı məlumatlar 29 dekabr 2017-ci il tarixində təşkil ediləcək mətbuat konfransında açıqlanacaq", -  deyə məlumatda vurğulanıb.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri