Dünya şöhrətli müğənni Lara Fabian Bakıya gəlir [Video]

Dünya şöhrətli müğənni Lara Fabian Bakıya gəlir [Video] Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün məşhur belçikalı müğənni Lara Fabian Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Lara Fabian tədbirin əsas günündə Qlobal Liderlər Şurasının təsis olunması ilə bağlı xüsusi konsert verəcək.

Qeyd edək ki, mayın 6-8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Lara Fabianın video müraciəti:


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53