Dövlət başçıları Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik edirlər


Putin Azərbaycan prezidentini təbrik edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.

 V. Putin təbrik məktubunda bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi  ilə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

V. Putin prezident İlham Əliyevin  Rusiyanın əsl dostu kimi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini vurğulayıb: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".

///

Lukaşenko Azərbaycan prezidentini Belarusa rəsmi səfərə dəvət edib


Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.

 

APA-nın məlumatına görə, A. Lukaşenko təbrik məktubunda bildirib ki, Azərbaycanın genişmiqyaslı nailiyyətləri prezident İlham Əliyevin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərini əyani şəkildə təsdiq edir.

 

A. Lukaşenko prezident İlham Əliyevin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyini yüksək qiymətləndirib: "Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm. Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm".

///

Rusiya baş naziri Azərbaycan prezidentini təbrik edib



Rusiya baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.

  D. Medvedev təbrik məktubunda prezident İlham Əliyevin Rusiya ilə Azərbaycanı bağlayan dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafına daimi diqqətini qeyd edib.
 

D. Medvedev bildirib ki, şəxsən Azərbaycan prezidentinin köməyi ilə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir: "Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur. Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

///

Dövlət başçıları Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik edirlər


Ad günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir.
 
Tacikistan prezidenti Emoməli Rəhmon, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Filip Vuyanoviç, Qırğız prezidenti Sooronbay Jeenbekov, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan prezidentinin ad gününü təbrik ediblər.

 

Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlov, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov, Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller, Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov, Rusiya Dövlət Dumasının deputatı, SSRİ Xalq Artisti İosif Kobzon, Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev də Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik ediblər.

///


Çin Xalq Respublikasının sədri prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

  S. Cinpin təbrik məktubunda ən xoş arzularımı bildirməyi özünə şərəf saydığını vurğulayıb.

 Təbrik məktubunda bildirilir ki, son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir: "İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib. Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm. Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".шаблоны для dle 11.2
Şərhlər
Siyasət bölməsinin xəbərləri