Qaz sayğacları barədə açıqlama: Limitlər sıfırlanacaq [Video]



Növbəti ili qarşılamağa sayılı günlər qalıb. Bir çox vətəndaşı düşündürən sual isə təbii qazın limitinin hesablanmasıdır. Vaxt azaldığından, evlərində mexaniki qaz sayğacı olan əksər abonentlər, limitin hesablanmasının gecikəcəyindən narahatdırlar.

Live.az "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə,  "Azəriqaz " İstehsalat Birliyi isə narahatçılığa heç bir əsasın olmadığını bildirir. Təbii qaz üçün ayrılan illik limitin monitorinqi dekabrın sonuna qədər yekunlaşacaq. Yeni ilin ilk günündən limit sıfırlanacaq.

Yeni ilin ilk günündən etibarən təbii qazın illik limiti sıfırlanacaq. Smart İTRON məişət qaz sayğaclarında bu limit avtomatik qaydada hesablandığı halda mexaniki qaz sayğaclarında "Azəriqaz"" İstehsalat Birliyinin əməkdaşlarının monitorinqi ilə müəyyənləşdirilir.

Yeni ilə az vaxt qaldığından bəzi vətəndaşlar hesablamanın gələn ilə qalacağı halda limiti aşacaqları barədə narahat idilər."Azəriqaz" İstehsalat Birliyi isə məsələyə aydınlıq gətirib.Qurumun rəsmisi mexaniki qaz sayğaclarında limitlərin hesablanmasının dekbrın sonuna qədər yekunlaşacağını bildirdi.

Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır."Azəriqaz" İstehsalat Birliyinin bü günə qədər olan yoxlamalarında isə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20 faizinin ayrılmış illik limiti keçdiyi müyyən olunub.

Qurum rəsmisi onu da qeyd etdi ki,limitlərin hesablanması başa çatdırıldıqdan sonra növbəti il üçün limitin hesablanmasına start veriləcək.Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün "Azəriqaz" İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.


шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri