Bakıda yeni tunel inşa edilir: Ziya Bünyadov prospekti hava limanı yoluna birləşəcək




“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.


LİVE.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: "Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından hava limanı istiqamətində hərəkət edir. Bu da həmin ərazidə müəyyən sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün nəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçidi üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçib, Bakı Olimpiya Stadionunun arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

 
Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

 

Tunelin tikintisinin nə vaxt başa çatacağına gəlincə, A.Nəcəfli vurğulayıb ki, işlərə yeni başlanılıb: "Tunelin tikintisinin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr yarana bilər. Buna baxmayaraq, işlərin gələn il ərzində yekunlaşdırılması nəzərdə tutulur".

///

Paytaxtın Ziya Bünyadov prospektində yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə yeni tunel inşa edilir. Tunel Ziya Bünyadov prospekti ilə hava limanı yolunu birləşdirəcək. Bununlada sürücülər Koroğlu metrosunun qarşısından keçmədən üzü hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

Live.az "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, Bakının daha bir yolunda tıxacı aradan qaldırmaq üçün tunel tikilir. Yeni tunel Ziya Bünyadov prospektindən Hava Limanı yoluna bir başa çıxışı təmin edəcək.

Bununla da Ziya Bünyadov prospektindən gələrək hava limanı istiqamətinə getmək istəyən sürücülər Koroğlu metro stansiyasının qarşısından keçməyə məcbur olmayacaqlar. Yeni tunelin inşasına 3 gündür başlanılıb və işlər yekunlaşdıqda tunel 2 zolaqdan ibarət olacaq.

Tunelin inşasının dəqiq olaraq nə zaman başa çatacağı dəqiq məlum deyil. Ümumilikdə prosesin 6-7 ay davam edəcəyi proqnozlaşdırılır.

Tunelin inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifaşi ilə həyata keçirilir.




Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri