"Sahil" metrosunda təmir işləri davam edir: Eskalatorların eni 1 metr olacaq [Video]


Bir neçə aydır bağlı olan metronun sahil stansiyasında işlərin xeyli hissəsi görülüb. Stansiyada əsas yenilik , yeni tipli eskalatorların quraşdırılması ilə bağlıdır.

Live.az "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, 50 yaşlı stansiya yeni görkəmdə sərnişinlərin ixtiyarına veriləcək. Bu məqsədlə təmir və yenidənqurma işləri sürətlə aparılır.

Söhbət indiyədək təmir olunmayan metronun Sahil stansiyasından gedir. Stansiyanın karroziyaya uğramış dəmir divarları sökülüb yenisi ilə əvəz olunub. Sərnişinlərin dayandığı platforma isə yararsız hala düşdüyündən bura yeni beton örtük vurulur.

Sahil stansiyasında əsas yenilik isə eslalatorlarla bağlıdır.

"28 May" stansiyası ilə müqayisədə, burada quraşdırlacaq eskalatorların eni bir metr olacaq ki, bu da stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Stansiya 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz ediləcək.

Qeyd edək ki, Sahil stansiyasında bütün işlər qurumun öz hesabına, tikinti və istismar sahəsinin işçiləri tərəfindən görülür.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri