Fatih Terim “Qalatasaray”la müqavilə imzalayıb

 

Fatih Terimin “Qalatasaray”a keçidi rəsmiləşib.
 
Live.az Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu gün rəsmi müqaviləyə qol çəkib.
 



64 yaşlı çalışdırıcı 4-cü dəfə “sükanı arxası”na keçdiyi “cim-bom”la il yarımlıq sazişə qol çəkib. Bu gün “Türk Telekom Arena” stadionunda Terimin təqdimetmə mərasimi təşkil olunacaq.
 
Onun köməkçilərinin Hasan Şaş və Yohan Elmander olması gözlənilir.
Şərhlər
İdman bölməsinin xəbərləri