Röya Afaq Gəncəlini təhqir etdi? "Kuvşin"im..."



Əməkdar artist Röya Ayxan ATV-nin aparıcısı Afaq Gəncəliyə söz atıb.


LİVE.az xəbər verir ki, müğənni aparıcının “ATV maqazin onlarla” proqramında ona qadağa qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.


Sənətçi verilişin “Hit parad” rubrikasında adının çıxarılmasına da instaqramda etiraz edib:


“Bunlar düzdür mənim “Kufşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (red: Röya Ayxanın anası), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm.


Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar  Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı “star”dır”.


Qeyd edək ki, maqazin verilişində İradə İbrahimovanın Röya söylədiyi fikirlərin yayımından sonra hər iki məşhur arasında narazıçılıq yaranmışdı. Afaqın proqramda Röya ilə bağlı sujetlərin yayımlanmasına qadağa qoyduğu iddia edilmişdi.


Hətta, sənətçinin mahnısı “Hit parad” rubrikasından çıxarılmışdı.


////


Live.az qafqazinfo-ua istinadən xəbər verir ki, Röya Ayxan xəbərlərə və şərhlərə cavab olaraq instaqram səhifəsində qeyd edib ki, Afaq Gəncəlini təhqir etməyib:


"Rica edirəm, bilmədən səhvə yol verməyin. Bəh-bəh "Kufşinim" demişəm. Niyə? Çünki bir qadın kimi onun bədən quruluşunu sevirəm. Hətta paxıllıq belə edirəm".


 

qafqazinfo, live.azшаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri