Azad Rəhimov: “Azərbaycanda 120 min rus yaşayır”

“Bu gün Azərbaycanda 120 min nəfərdən artıq rus yaşayır”.

 

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, 15 min nəfərədək azərbaycanlı Rusiyada təhsil alır.

 

“Azərbaycanda bir çox rusdilli qəzet və internet portal mövcuddur. Rusiyada da bizim təşkilatlarımız fəaliyyət göstərir. Bu yaxınlarda Soçidə keçirilən gənclər forumunda ən böyük nümayəndə heyəti Azərbaycandan idi”, - deyə A. Rəhimov əlavə edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri