Bakı Dəmiryolu Vağzalında mühasirəyə alınıb: xüsusi itlər tərəfindən axtarış aparılır [Yenilənir]


FHN: Dəmir yolu vağzalında heç bir şübhəli əşya aşkarlanmayıb

FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat alib. 


Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb. 


APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

 
"FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib", - deyə məlumatda bildirilir.

///


FHN Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

 

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

////

13:08



Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.

LIVE.Az xəbər verir ki, bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

///



Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

LIVE.AZ APA-ya istinadən xəbər verir ki, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.





Şərhlər
Hadisə bölməsinin xəbərləri