Nazim Pişiyari “Qıjı”lar Kürdəmirə yığışsın” sözlərinə görə üzr istədi [Video]



Tanınmış müğənni Nazim Pişiyarinin Kürdəmirlə bağlı verdiyi müsahibə qalmaqala səbəb olub.


Live.az xəbər verir ki, P.Nazim Muz TV-yə danışarkən "Mən "qıjı" mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı" cümlələrindən istifadə edib.



"Faytonçu" ləqəbli sənətçinin fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb. Kürdəmirli instaqram istifadəçiləri Nazimin açıqlamasını birmənalı qarşılaşmayıblar.


Pişiyari tənqid və təhqirlərin qarşısını almaq üçün rəsmi İnstaqram səhifəsində açıqlama yayıb.  



"Son zamanlar bəzi insanlar mənim Kürdəmirlə bağlı açıqlamamdan neqativ söz-söhbətlər çıxarıblar, ayıb olsun. Adi mexaniki səhvi şişirdiblər. Azərbaycanın hər qarış bir torpağı mənim vətənimdir. Kürdəmir Azərbaycana böyük tövhələr verib, bir çox sənətkarları bizə bəxş edib. İfadələrim kürdəmirlilərdə qıcıq yaradıbsa, üzr istəyirəm".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53