Bakıda kafedə ofisiant müştərini qətlə yetirib

Bakıda qətl törədilib.

 

Live.az APA-ya istinadən məlumat verir ki, Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

 

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri