Bakının bir neçə telefon qovşağı ləğv olunub

“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.

 

 APA xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

 

Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.

 

Bundan başqa, “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri