Gürcüstanda 28 mindən çox Məmmədov var

Məmmədov soyadı Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb.  
 

APA-nın  Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədə Məmmədov və Məmmədova soyadlı 28 164 nəfər yaşayır.


Gürcüstanda ikinci ən çox yayılmış azərbaycanlı soyadı isə Əliyevdir. Bu soyad ölkədə ən çox yayılmış soyadların iyirmiliyində yer alıb. Gürcüstanda Əliyev və Əliyeva soyadını daşıyan 19 144 nəfər var.


Ölkədə ən geniş yayılmış azərbaycanlı kişi adları Əli (3269 nəfər), Elvin və Samir, qadın adları isə Leyla (18 279 nəfər), Aysel və Elmiradır.
Şərhlər
Sosial bölməsinin xəbərləri