Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondu 645 mln. manat olacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondu 644 mln. 987,156 min manat təşkil edəcək.


Bu barədə qurumun nizamnaməsində qeyd edilib. Ölkə başçısı ötən gün imzaladığı fərmanla Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsini təsdiqləyib.


Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşacaq.

 

Qurumun fəaliyyətinə nəzarət Azərbaycan prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.

 

Agentliyi yalnız prezident ləğv və ya yenidən təşkil edə bilər.

 

Xatırladaq ki, ötən gün prezident Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri