Təranə Qumral Nazənin haqda: 5 kişiylə şəkillərini gətirib düzərdim burada


"Səhər-Səhər" verilişində qonaq olan Təranə Qumral Nazəninlə məhkəmə çəkişməsindən danışıb.

Xanım müğənni "Məhkəmə artıq qərar çıxarıb. Qərar çıxarıb ki, mən ondan üzr istəməliyəm" sözlərini işlədib. Təranə Qumral Nazənindən üzr istəməmək üçün əlində yetəri qədər dəlil olduğunu, bu mövzuda düz olduğu üçün bunu etməyəcəyini aşağıdakı sözlərlə izah edib:

"Elə şeylər var ki, danışsam, yer yerindən oynayar. Qarşı tərəfin övladları naminə çox şeyi demirəm, susuram. Mən desəydim, deyirəm Nazənin 5 nəfərlə ərdə olub. 5 nəfərlə şəkillərini gətirib düzərdim burada. Heç kim də danışa bilməzdi. Beş nəfərlə ailə qurub sözümə görə bu gün verib məhkəməyə".

Verilişin aparıcısı "Siz hansı fakta əsaslanıb, deyirsiniz ki, bu adam 5 dəfə ailə qurub? Ailə qurmaq o deməkdir ki, bu adamın rəsmi nikahı var" ifadələri ilə Təranəyə müraciət edib.

Müğənni "Adın deyim?! Yox, sizin səhviniz var. Elə danışırsınız ki, məgər nikahsız yaşayanlar azdır? Hansı dövrdə yaşayırsınız ki, siz?" cavabını verib.

Aparıcı Təranınin sözlərini gülüşlə qarşılayaraq "İndi məhkəmədə niyə uduzduğunuzu bildim" deyib.




Milli.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53