Tramp ABŞ-ın Aya uçuşları bərpa etməyə dair sərəncam imzalayıb


Prezident Donald Tramp ABŞ-ın Aya uçuşlarını bərpa etməyə dair sərəncam imzalayıb.
 
Bu barədə Reuters agentliyi xəbər verib.
 
Məlumata əsasən, proqram Marsa uçuşların həyata keçirilməsi üçün texnologiyaların işlənib hazırlanmasına yönələcək.
 
“İmzaladığım sərəncam 1972-ci ildən bəri ilk dəfə Amerika astronavtlarının uzunmüddətli tədqiqatlar üçün Aya dönməsində mühüm bir addımdır”, deyə D.Tramp vurğulayıb.


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri