Mançester derbisindən sonra futbolçular və məşqçilər arasında dava düşüb

ngiltərə çempionatının XVI turu çərçivəsində dünən keçirilmiş “Mançester Yunayted” – “Mançester Siti” matçından (1:2) sonra insident yaşanıb.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
 
Bildirilir ki, Mançester derbisi yekunlaşdıqdan sonra “Old Trafford”da kütləvi dava baş verib. İnsidentdə 20-dən çox futbolçu, həmçinin komandaların məşqçiləri iştirak ediblər.
 
“Şəhərlilər”in qələbəni həddindən artıq yüksək səslə bayram etməsi “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun xoşuna gəlməyib. Portuqaliyalı mütəxəssis buna iradını bildirmək və rəqibə hörmət göstərməyi xahiş etmək üçün qonaqların paltardəyişmə otağına daxil olub. Bu vaxt Mourinyo ilə “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson arasında mübahisə yaranıb. Onlar bir-birlərinə portuqal dilində qışqırmağa başlayıblar.
 
Daha sonra “Mançester Siti”nin üzvləri Mourinyoya su ilə dolu qablar atıblar. Hətta onlardan biri 54 yaşlı məşqçinin üstünə süd töküb. Bunu görən “Mançester Yunayted”in futbolçuları insidentə qarışıblar və kütləvi dava başlayıb.
 
Hər iki komandanın üzvləri bir-birlərinə çoxlu zərbələr vurublar. Nəticədə qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayaraq, üzü qana bulaşıb.
 
Maraqlıdı ki, hadisə zamanı tuneldə polislər olsa da, onlar insidentə müdaxilə etməyiblər.



APAшаблоны для dle 11.2
Şərhlər
İdman bölməsinin xəbərləri