Formula 1-in 2017-ci il üzrə ən yaxşı ötmə manevri Bakıda icra edilib



Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə manevrinin videosunu paylaşıb.


Ötmə əməliyyatı bu il Bakıda keçirilmiş Formula-1”Azərbayca Qran-Prisində avstraliyalı Daniel Rikkyardo tərəfindən icra edilib.

 
“Red Bull” komandasının tərkibində çıxış edən pilot D.Rikkyardo eyni vaxtda üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı ötməyə nail olub.
 
Qeyd edək ki, D.Rikkyardo ümumi hesabda 200 bal toplayaraq, “Formula-1” pilotları arasında 2017-ci il mövsümü üzrə 5-ci yer tutub.


 
Şərhlər
İdman bölməsinin xəbərləri