Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

 E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
 
F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda "Mançester Siti"yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.
 
E qrupunda isə "Liverpul" "Spartak"ın daşını daş üstə qoymayıb - 7:0. İngilislərə qoşulan ikinci komanda isə "Maribor"la heç-heçə oynayan "Sevilya" olub.
 
G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.
 
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr
 
E qrupu
“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) - 1:1
Qol: Tavares, 10 - Qanso, 75
 
“Liverpul” (İngiltərə) - “Spartak” (Rusiya) - 7:0
Qollar: Koutinyo, 4, 15, 50, Firmino, 19, Mane, 47, 76, Salah, 86
 
1.Liverpul633023-612
2.Sevilya623112-129
3.Spartak61329-136
4.Maribor60333-163
 
F qrupu
“Feyenoord” (Hollandiya) - “Napoli” (İtaliya) - 2:1
Qollar: Yorgensen, 33, Sent Cust, 90+1 - Zielinski, 2
 
“Şaxtyor” (Ukrayna) - “Mançester Siti” (İngiltərə) - 2:1
Qollar: Bernard, 26, İsmaili, 32 - Aquero, 90+2
 
1.Mançester Siti650115-415
2.Şaxtyor64029-912
3.Napoli620411-116
4.Feyenord61055-140
 
G qrupu
“Porto” (Portuqaliya) - “Monako” (Fransa) - 5:2
Qollar: Abubakar, 9, 33, Brahimi, 45, Telles, 65, Soares, 88 - Qlik, 61, Falkao, 78
 
“Leypsiq” (Almaniya) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Keyta, 87 - Neqredo, 10 (pen.), Talişka, 90
 
1.Beşiktaş 642011-514
2.Porto631215-1010
3.Leypsiq621310-117
4.Monako60246-162
 
H qrupu
“Tottenhem” (İngiltərə) - APOEL (Kipr) - 3:0
Qollar: Llorente, 20, Son, 38, Nkudu, 80
 
“Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:2
Qollar: Mayoral, 8, Ronaldo, 13, Lukas, 81 - Obameyanq, 43, 49
 
1.Tottenhem651015-416
2.Real Madrid 641117-713
3.Borussiya D.60247-132
4.APOEL60242-172
 
Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.
 
Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.
 
Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”
 
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.



APAшаблоны для dle 11.2
Şərhlər
İdman bölməsinin xəbərləri