Naxçıvan əhalisinin sayı açıqlanıb


Naxçıvan Muxtar Respublikasının (MR) əhalisinin sayı açıqlanıb.
 

Live.az xəbər verir ki, Naxçıvanın MR Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 1 oktyabr 2017-ci il tarixə Muxtar Respublikanın əhalisinin sayı bir il öncəyə nisbətdə 3889 nəfər artaraq 451 min 929 nəfər təşkil edib.


Xatırladaq ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri