Rza Zərrab və qohumlarının əmlakı müsadirə ediləcək

 

İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakının müsadirə edilməsinə dair qərar qəbul edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb.
 
CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib. Məlumata görə, Rza Zərrabın müğənni Ebru Gündəşlə nikahdan olan qızı Alara Zərrabın da adına alınmış mülklər və digər sərvət müsadirə olunacaq.
 
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri