Deputat: “Azərbaycanda kişilərin yarısı siqaret çəkir”



“Azərbaycanda yaşları 20-44 arasında olan kişilərin 30 faizi, 45-64 yaşda olanların isə 51 faizi siqaret çəkir”.

 
LIVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.


O qeyd edib ki, onların hər biri hər gün orta hesabla 16 ədəd siqaret çəkir: “Siqaret çəkməyib, tütün tüstüsündən əziyyət çəkənlərin 67,5 faizi kişi, 52,13 faizi isə qadındır”.

шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri